Aktrisa Ülviyyə Əliyeva teatrda Afaq xanımın rolunu oynamasından danışıb.
Milli.Az-a açıqlama verən aktrisa bunları bildirib:
""Mən dəyərəm min cavana" tamaşasındakı Güldəstə obrazını teatrımızda uzun illər sevimli aktrisa, xalq artisti Afaq Bəşirqızı oynayıb. Bir gün mənə zəng edib dedilər ki, bu obrazı daha sən oynayacaqsan! Həm sevindim, həm də həyəcanlandım. Çünki Afaq xanımdan sonra bu obrazı mən tamaşaçılara sevdirməli idim.
Afaq xanımın adı məni həyəcanlandırdı. Telefonu götürüb, Afaq xanıma zəng edib dəqiqləşdirdim. Dedi ki, xeyr qızım, mən özüm istədim ki, bu obrazı sən oynayasan! Bir çoxu dedi ki, Ülviyyə Afaq xanımı əvəz etdi, amma mən elə deməzdim. Çünki Afaq xanım əvəzedilməz sənətkarımızdır".
Əli Novruzəliyev
Milli.Az