Mədəniyyət

Azərbaycanlı aktrisa illər sonra sükutu pozub, göz yaşı tökdü: "Bu mənim alın yazımdır" - FOTO

19 Sentyabr 2018 22:17
0 Şərh     Baxış: 8 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Desəm ki, heç kim üçün darıxmamışam yalan olar. Mən aktrisayam, aktrisa isə səhnədə, sənətdə olmalıdır" - bu sözləri Milli.Az-a bir zamanların ən məşhur aktrisası Sevil Abbasova deyib.

Hazırda mədəniyyət evində uşaqlarla çalışan aktrisa saytımıza maraqlı etiraflar edib:

"Mən bütün ömrümü, sənətimi anama qurban etdim. Hazırda həm ona baxıram, həm də mədəniyyət evində çalışıram. Sözün düzü anam başımı o qədər qatıb ki, heç nəyi və heç kimi fikirləşmirəm. Bircə tamaşaçılardan başqa... (ağlayır). Sözün əsl mənasında tamaşaçılarım üçün burnumun ucu göynəyir. Oynadığım obrazları, tamaşaları yadıma salıb, o günlərin həsrətini çəkirəm. Demək ki, mənim də alın yazım belə olmalı imiş", - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisa Sevil Abbasova uzun illər Akademik Milli Dram Teatrında çalışıb. Aktrisa tamaşaçılara "Kökdən düşmüş piano" televiziya tamaşasından tanışdır. O, 22 ildən sonra keçən il məhz Milli.Az-a müsahibə vermişdi.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.