Mədəniyyət

"Beni elle, quşu əlləmə" - "Milyonluq quş"un traileri yayımlandı - VİDEO

17 Sentyabr 2018 16:46
0 Şərh     Baxış: 2 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı məşhurların türkiyəli ulduz sənətçilərlə birlikdə baş rol aldığı "Milyonluq quş" filminin Bakıda qala gecəsi keçiriləcək.

Milli.Az xəbər verir ki, "Artlemma" film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev ilə Dilarə Əliyeva rol alıb.

Ondan əlavə Aysel Nazim, Nofel Şahlaroğlu, Qurban Məsimov da sözügedən filmdə öz rolları ilə fərqləniblər. Filmin ssenarisi Təvəkkül T Mehrəliyevə aiddir. "Milyonluq quş"un qala gecəsi Bakıda oktyabrın 3-ü baş tutacaq. Qala gecəsi Nizami kinoteatrında olacaq.

Filmin trailerini təqdim edirik:

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.