Mədəniyyət

“Ruhla danışırdı ki, ayın 1-i ordayam” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO

17 Sentyabr 2018 15:29
5 Şərh     Baxış: 6 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Öz evimizdir" proqramının ilk buraxılışı mərhum sənətkar, əməkdar artist Həsənağa Sadıqova həsr olunub.

Milli.Az bildirir ki, proqramda sənətçinin yaxınları Həsənağa Sadıqovun keçdiyi həyat yolundan, onun sənətindən söz açıblar. Həmçinin sənətkarın son günlərindən də danışılıb.

"Ölümündən bir müddət qabaq çəkiliş gəlmişdi. Atamın, babamın məzarı üstünə apardı. Dedi ki, mən də bura gələcəm. Həmin yerdə də dəfn olundu. Rəhmətə getməzdən bir müddət əvvəl elə bil ki, kimlərləsə danışırdı. Hiss etdik ki, babamla danışır. Deyirdi ki, darıxma gələcəm, ayın 1-i ordayam. Avqustun 1-i deyirdi. Ayın 1-ində də rəhmətə getdi", - deyə Həsənağa Sadıqovun qardaşı Əlifağa Sadıqov bildirib. 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.