Mədəniyyət

Azərbaycanlı aktrisadan sevgi ETİRAFI: "Sevdiyim şəxs üçün..." - FOTO

20 Sentyabr 2018 21:12
6 Şərh     Baxış: 5 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  Aktrisa Asya Atakişiyevanın Milli.Az-a müsahibəsi.

- Asya, yeni mövsümə hansı yeniliklərlə qayıtdınız?

- Bu günlərdə İzzət Bağırovun ssenari müəllifi və prodüseri olduğu "Ümidlər puç olanda" filminin təqdimatı olacaq. Ekran işinin rejissoru Samir Qulamovdur. Mən bu filmdə İzzətin bacısı Zeynəb rolunu oynayıram. Zeynəb saf, təmiz, ürəyiyumuşaq bir qızdır. Filmdə sevgi dramından bəhs edilir. İzzət özü də filmdə Cavad obrazını oynayır. Filmin təqdimatı oktyabrın 8-də olacaq.

- Dəyişkən bir obrazdır?

- Bəli, dəyişkən obrazdır. Zeynəb evin tək qızı olduğu üçün bir az çılğındır.

- Ümumiyyətlə xarakterinizə yad olan rollarda çəkilmək sizə çətin deyil ki?

- Əslində, rejissorlar heç vaxt mənə xarakterimə yad olan obrazlar verməyib. Elə rol var ki, xarakterimə uyğun deyil, amma o obraz yad da sayılmır. Onsuz da, hər bir rol çətindir.

- Kompleksli aktrisasınız, yoxsa bu kənardan belə görünür?

- Kompleksli deyiləm, həyatda utancağam. Amma səhnəyə, ya da kamera qarşısına keçəndə mən ifa etdiyim obraz oluram.

- Utancaqlığınız üzündən olubmu ki, çəkiliş meydançasını tərk edəsiniz?

- Xeyr, heç bir çəkiliş meydançasını tərk etməmişəm. Çəkiliş meydançasını tərk etmək üçün hörmətsizlik görməliyəm. Bu hörmətsizliyi də heç vaxt görməmişəm.

- Bir aktrisada, ilk öncə, hansı xüsusiyyət olmalıdır?

- Ürək olmalıdır.

- Asya hansı rollara çəkilməz?

- Çəkilmədiyim rolları mənə heç təklif də etmirlər. Bu barədə şanslıyam.

- Sizi digər həmkarlarınızdan fərqləndirən əsas xüsusiyyət nədir?

- Mən şirinəm (gülür). Hər kəsin özünəməxsus xüsusiyyəti  və ayrıca tamaşaçısı var. Tamaşaçı səmimiyyəti, sadəliyi sevir. Bəs, sizcə, məni nə fərqləndirir?

- Məncə, sizi həmkarlarınızdan fərqləndirən əsas xüsusiyyət hələ də nağıllara inanmağınızdır (gülür).

- Əslində, nağıllara inanmıram, amma istərdim inanım. Axı nağıllar gözəldir.

- Gəlin söhbətimizin istiqamətini Leyli obrazınıza yönəldək. Bu obrazı sizdən əlavə teatrınızın digər aktrisası da oynayıb. Bundan öncəki sualda özünüzü həmkarlarınızdan fərqləndirdiniz. Bəs Leylinizi necə fərqləndirə bilərsiniz?

- Mən bir söz deyə bilərəm, obrazın dilindən deyildiyi kimi: "Leyli mənəm, arzuyi canın". Teatra daxil olanda qapıdakı nəzarətçi mənə "Səhnəmizin Leylisi gəldi" deyə müraciət edir. Mən bu sözdən sonra nə deyə bilərəm?

- Həyatda Leyli kimi sevmisiniz, yoxsa Məcnun kimi gözünüz sevdiyinizi axtarıb?

- Həyatdakı Asya nə Leylidir, nə də Məcnun. Asya elə Asyadır (gülür).

- Bəs maraqlıdır, Asya sevdiyi şəxs üçün nələrdən keçməyə hazırdır?

- Bu, şəxsi sualdır. Ona görə də cavab vermək istəmirəm.

- Asyanı sevən insanda, ilk öncə, nə olmalıdır?

- Bircə onu deyə bilərəm ki, məni sevən insan ideal olmalıdır. Zarafat edirəm, bilmirəm necə olmalıdır (gülür).

- Hansı obrazınız vasitəsilə sevgilinizə etiraflar etmək istərdiniz?

- Mütləq şəkildə obrazla olmalıdır ki? (gülür). Obrazla niyə, belə də olur! Bunu zamana buraxaq.

- Gününüz maraqlı keçir?

- Bəzən maraqlı olur, bəzən də darıxdırıcı. İş başlayan kimi günün necə keçdiyini hiss etmirəm.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.