Mədəniyyət

Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş Açıq Hava Festivalı başa çatdı

14 Sentyabr 2018 19:16
0 Şərh     Baxış: 1 216

13 sentybar 2018-ci il tarixində, "The Landmark" Otel və Biznes mərkəzinin "Rotunda Rooftop" bağçasında İtaliya Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş festival sona çatdı.

Milli.Az xəbər verir ki, festivalın bağlanış nitqini United Cultures-un ictiami əlaqələr üzrə məsul işçisi Orxan Nəbiyev çıxış edərək festivala təşrif buyuran yerli və xarici qonaqları salamlayaraq Adriano Çelentanonun Azərbaycan tamaşaçılarında onilliklər boyunda buraxdığı iz haqqında, onun şəxsiyyəti və yaradıcığı haqqında məlumat verdi. Daha sonra, o, İtaliyanın Azərbaycandakı səfirliyi başda olmaqla sözügedən festivalın ərsəyə gəlməsində xidməti olmuş bütün təşkilatçılara, o cümlədən "The Landmark" otel və biznes mərkəzinə təşəkkürünü bildirdi.

Daha sonra tamaşaçılar festivalın proqramındakı sonuncu və Adriano Çelentanonun ən
çox sevilən "Dəlicəsinə Aşiq" filmini izlədilər.

Dəlicəsinə aşiq filmi Barnaba Çikkini və Mərkəzi Avropa ölkələrindən birinin şahzadəsidir. Barnaba Çikkini, qadınların diqqətini çəkən bir kobud avtobus sürücüsüdür. Bir gün kiçik bir krallığının şahzadəsi Kristina ilə təsadüfən görüşür və ona aşiq olur.  Lakin, Şahzadə bir kiçik krallığın xarici borcunu ödəməyə hazır olan bir varlı insana ədaxlandırılır. Barnabanın məhəbbətini xilas etmək üçün bütün Roma əhli pul yığır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.