Mədəniyyət

“Namiq və anası” - “Bizim Cəbiş müəllim”in məşhur qəhrəmanları 49 il sonra yenidən bir arada - FOTO

20 Avqust 2018 09:34
5 Şərh     Baxış: 19 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli kinomuzun incilərindən sayılan "Bizim Cəbiş müəllim" filmini yəqin ki, izləməyən yoxdur. Məşhur rejissor Həsən Seyidbəylinin lentə aldığı ekran işində müharibənin insan həyatına təsiri təsvir olunub. Ekran işi bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir.

Milli.Az filmin əsas obrazlarından olan, Namiq rolunun ifaçısı Ziya Seyidbəyli və onun anası obrazını yaradan, xalq artisti Səfurə İbrahimovanın fotosunu sizlərə təqdim edir.

ATV telekanalı üçün çəkilmiş verilişdə sənətkarları jurnalist Əli Novruzəliyev 49 il sonra yenidən bir araya gətirib.

Qeyd edək ki, Ziya Seyidbəyli filmin rejissoru Həsən Seyidbəylinin oğludur. Film 1969 cu ildə çəkilib.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.