Mədəniyyət

Anna Netrebko və Yusif Eyvazov Buenos-Ayresdə konsert proqramı ilə çıxış edəcəklər

10 Avqust 2018 23:18
3 Şərh     Baxış: 1 945

Rusiyanın xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın xalq artisti Yusif Eyvazov (tenor) avqustun 12-də və 15-də Buenos-Ayresdə Kolon Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konsertdə C.Verdi, R.Leonkavallo, Cakomo Puççini və P.Maskanyinin əsərləri səsləndiriləcək.

Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları" kitabında yer alıb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Mehri · 10 Avqust 23:2710

    Tebrik edirem!Uğurlar arzu efirem!

    Cavab yaz
  • Anonim
    Samire · 10 Avqust 23:5722

    Rusiyada yaxin qohumlarimiz yaşayir.Onlar deyiler ki, Yusif Eyvazov Annanin oğluynan yola getmir.Annanin oğlu audizim xesteliyinden eziyyet çekir.belke de ele ona göredi..Amma her ikisi şehane ses temprine malikdi.

    Cavab yaz
  • Anonim
    xanım · 11 Avqust 10:3600

    Halaldı Yusif. Azərbaycanda qalsaydın indi toy davası eliyirdin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.