Mədəniyyət

Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb

19 İyul 2018 18:19
Baxış: 1 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dostluq körpüsü" II Beynəlxalq Folklor-Rəqs Festivalına Mərdəkan Mədəniyyət Sarayında qala-konsertlə yekun vurulub. Festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə reallaşdırılıb.

Festivala Azərbaycan ilə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Mərdəkan Mədəniyyət Sarayında qala-konsert zamanı Şimali Osetiya və Vladiqafqazı təmsil edən "Sarmat", Rusiyanı təmsil edən "Slavyanski lik", Çeçenistanı təmsil edən "Zamankho", Azərbaycanı təmsil edən "Azad" və "Lalələr" rəqs qrupları çıxış ediblər.

Tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.