Mədəniyyət

Xalq artistinin səhhəti pisləşdi: "Bədənimə su yığılıb"

17 İyul 2018 14:50
1 Şərh     Baxış: 5 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbovun səhhəti pisləşib.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən bəstəkar ürəyində problemlər yaşandığını və hazırda həkim nəzarəti altında müalicə olunduğunu bildirib:

"Ayağım şişib, bədənimə su yığılıb. Müalicələrdən sonra ayağımdakı şiş bir az çəkilmişdi, lakin yenidən problemlər baş qaldırdı. Yenidən eyni problemi yaşayıram. Vəziyyətim yaxşı deyil. Müalicə olunuram, dava-dərman da kömək eləmir. Uzun müddət oturaq həyat tərzim məni bu vəziyyətə gətirib çıxardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.