Mədəniyyət

Məşhur əcnəbi aktyorların azərbaycanlı oxşarı: "Restoranda hesabı istəyəndə pul almırdılar, çünki…" - FOTO

16 İyul 2018 21:05
1 Şərh     Baxış: 8 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Riad Sultanovun Milli.Az-a müsahibəsi.

- Riad, aktyor təhsili almısınız, yoxsa sırf tipajınız uyğun gəldiyinə görə bu sənəti seçmisiniz?

- Hələ uşaq olarkən bu bacarıq böyüklərimə bəlli olmuşdu. Sonra həm bacarıq, həm də tipaj bir-birini tamamladı. İçimdən gələn bacarıq olandan sonra təhsilə ehtiyac olmadı.

- Kinoya çəkilən insana aktyor təhsili bir o qədər də önəmli deyil, amma teatrda çalışmaq üçün mütləq şəkildə təhsil olmalıdır...

- Bəli, razıyam, qismən razıyam. Niyə? Çünki kino çəkilərkən, əvvəl dubl verilir, "xlopuşka" vurulur və motora start verilir, yani kamera çəkməyə başlayır. Çəkiliş zamanı aktyor sözü unutsa, ya da ki müəyən hərəkəti eləməsə, ya hər hansı bir nüansı filmin rejissoru bəyənməsə, dubl yenidən başlamış olur, ta ki hər şey üst-üstə düşənə qədər və rejissor bəyənənə qədər. Teatrda isə dubl olmur, oradakı oyunu aktyor gərək elə mükəmməl oynasın ki, tamaşa zamanı bir dəfədən alındırsın. Sanki cəmi bir şansı var.

- Bildiyim qədərilə teatrda da çalışırsınız. Hansında daha rahatsız, filmdə, yoxsa teatrda?

- Müəyən səbəblər ucbatından, çalışdığım teatrı tərk eləmişəm. Rahatlıq deyərkən, heç bir iş rahat ərsəyə gəlmir, hər bir işin öz çətinliyi var. Amma səhnəyə çıxış baxımından istər teatr, istər film, istər serial rahatdır o zaman ki, rejissorla, tərəf muqabilin ilə, ümumiyyətlə, kollektivlə bir-birinizi yarım kəlmədən, hətta göz təmasından anlaşılsın. Təəssüf ki, hər dəfə belə olmur. Narahatlıqlar da o zaman olur.

- Hansı teatrda çalışmısınız?

- Əsa teatrında.

- Teatrı tərk etməyinizə səbəb nə oldu?

- Mən, ümumiyyətlə, xoş rəftar, xoş niyyətli insanam. Teatrdan getməyimin səbəbini, hələ ki, açıqlamaq istəmirəm. Saxla samanı, gələr zamanı.

- Rejissorlar istedadınızdan kifayət qədər yararlanıblar?

- Məncə, yararlanıblar. Allah buyurub ki, "Ey insan, özünü öymə" bunu ona görə misal çəkərək vurğuladım ki, israrla desəm yararlanıblar, böyük danışmaq kimi çıxar. Əgər təkliflər alıramsa, əgər tədbirlərə dəvət olunuramsa, demək, yararlıyam. Məncə, oxşarlığımın da burda böyük rol oynayır.

- Oxşarlıq demişkən, bir çox aktyorlarda olmayan üz cizgiləri var sizdə. Bunu uğur saymaq olar?

- Bu, mənim vizit kartımdır, uğur isə mənim millətimin alqışıdır. Bu, mənim şansımdır. Yeri gəlmişkən, Amerikaya dəvət almışam. Tədbirlərin birində amerikalı birindən, sırf oxşar olduğuma görə aldığım dəvətdir.

- Sizi daha çox "Ford Boyard" layihəsindəki Paspartuya oxşadırıq. Amma oxşarı olduğunuz aktyorlar bununla bitmir...

- Amerikaya dəvəti gözlənilməz bir şəkildə aldım. Səbəbini bilmirəm. Mənim öz versiyama görə, düşünürəm Amerikanın məşur "Game of Thrones" filminin baş rol qəhrəmanı Piter Dynklecə oxşarlığım daha da çox olduğu üçün ola bilər.

- Bildiyim qədərilə siz hətta oxşarı olduğunuz aktyorlarla görüşmüsünüz də.

- Fransalı Fort Boyard qəhramanlarının hər ikisi ilə görüşmüşəm. Amma amerikalı Tyrion Lannisterlə Amerikaya səfər etdikdə görüşmək fikrim var.

- Hazırda  çəkildiyiniz ekran işləri varmı?

- Hazırda komediya janrı olan "Anam, bacım rus gəlin" serialında çəkilirəm. Ondan əvvəl ayrı seriala dəvət almışdım, amma ssenari xoşuma gəlmədiyi üçün 4-cü bölümnən sonra imtina etdim. İlk filmim Azad Azərbaycan teleradio şirkəti ilə olub, "Qış nağılı Otel-X". Hal-hazırda bir neçə təkliflər də almışam.

- Arzuladığınız obraz varmı?

- Dram janrında mükəmməl oynayaram. Boyevik olsa da olar, öhdəsindən gələrəm, mafiya başçısı kimi (gülür).

- Əcnəbi aktyorlara oxşarlığınızla ətrafdakıların diqqətini çəkirsiniz?

- Bəli, hər gün (gülür). Məsəl üçün, Gəncədə idim, dünən gəldim. Orda belə camaat yaxınlaşıb, ünsiyyət yaradıb. Çoxusu bu cür sual verdi, veriliş var haa, adada keçir, orda qızıllar, pələnglər var, ordakı oğlansız, elə deyil mi? Vaxt olub gedirdim dostlarla, yoldaşlarla çay evlərinə, sonda hesabı istəyəndə pul almırdılar. Bizə xidmət edən kəs deyirdi ki, müdir sizi kameradan görüb və bizə tapşırdı ki, belə bir adam gəlib düşüb bizim məkana, ondan pul almayasız (gülür).

- Bütün bunlar sizi narahat etmir ki?

- Çox vaxt etmir. Narahat etsə də, bunu heç kimə bildirmərəm.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.