Mədəniyyət

“Lüt qadını göstərib, adını da qoyurlar erotika” - Xalq artistindən qalmaqallı sözlər

13 İyul 2018 10:32
0 Şərh     Baxış: 3 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, tanınmış rejissor Eldar Quliyev son illər Azərbaycan kinosunda yaranan boşluqdan danışıb.

Milli.Az xəbər verir ki. yenicag.az-a açıqlama verən rejissor son iki il ərzində Kinostudiya tərəfindən heç bir film istehsal olunmadığını bildirib:

"Son iki il ərzində Kinostudiyada filmlər çəkilmir. Səbəbini bilmirəm. Elə özüm də son illər film çəkməmişəm. Qeyri-peşəkarlar tərəfindən kommersiya xarakterli filmlər çəkilir ki, onlara da baxmıram. Baxmadığım filmlər barədə də heç bir fikir söyləyə bilmərəm".

Xalq artisti tamaşaçı cəlb etmək məqsədi ilə son vaxtlar Azərbaycan kinosunda istifadə olunan açıq-saçıq səhnələrə də münasibət bildirib:

"Dünyaca məşhur rejissorlar filmlərində erotikadan istifadə ediblər. Çox da uğurlu alınıb. Çünki bunu peşəkar səviyyədə edirlər. Filmin bədii keyfiyyəti bunu tələb edib və həmin kadrlardan istifadə olunub. Erotika xatirinə erotika çəkmək düzgün deyil. Bizdə lüt qadını göstərirlər, adını da qoyurlar erotika".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.