Mədəniyyət

Ağır xəbərdən sarsılan Arif Babayevin səhhəti pisləşdi

11 İyul 2018 15:09
4 Şərh     Baxış: 16 342

Xalq artisti, tanınmış xanəndə Arif Babayev Gəncədə baş verən iğtişaşlardan narahatlıq hissi keçirdiyini deyib.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən sənətkar xəbəri eşidəndən sonra təzyiqinin qalxdığını deyib. O, baş verən hadisələri dövlətçiliyimizə uzanan xain əl kimi dəyərləndirib:

"Bu xəbər mənə çox pis təsir etdi. Xəbəri eşidəndən bəri halım özümdə deyil, dünəndən təzyiqim qalxıb, dərman içirəm. Bu araqarışdıran insanların dərdi nədir, nə istəyirlər. Əmin-aman, firavan ölkədə yaşayırıq, bizim bir dərdimiz var, o da Qarabağı almaq. Bu hadisə dövlətçiliyimizə uzanan xain əldir. Biz əlbir olmalıyıq, dövlətimizin ətrafında sıx birləşməliyik. Necə yəni, polisi qətlə yetirmək? O polislər xalqımızın asayişi keşiyində dayanan insanlardır. Cinayəti törədənlər öz layiqli cəzalarını almalıdır".

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    MEHMAN · 11 İyul 15:2196

    HƏR BİR VƏTƏNDAŞIMIZ DÖVLƏTİMİZİN --DÖVLƏTCİLİYİMİZİN YANINDADIR --GƏNCƏLİLƏRİMİZ DÖVLƏTİMİZİ SEVƏN AĞILLI --KAMALLI VƏTƏNDAŞLARIMIZDIR ---ONLAR BELƏ QULDUR ADAMÖLDÜRƏNLƏRİN YƏQİN DƏRSİNİ VERƏCƏKLƏR

    Cavab yaz
  • Anonim
    Oxucu · 11 İyul 15:49105

    Doğru deyir ağsaqqalımız

    Cavab yaz
  • Anonim
    Raul · 11 İyul 17:3342

    İndiki nəsil onsuzda, böyük sözü eşitmir. Ona görə də, qalırlar böyürə -böyürə.Belə hadisənidə törədənlər, elə onlardan dır .

    Cavab yaz
  • Anonim
    Kimsesiz · 11 İyul 21:3941

    Vetenden izaglarda olanlarda deletimizin yanindadir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.