Mədəniyyət

Azərbaycanlı aktrisa: "Yoldaşı getdi, yerinə mən gəldim" - FOTO

9 İyul 2018 21:16
1 Şərh     Baxış: 7 568

Aktrisa Nərgiz Əliyevanın Milli.Az-a müsahibəsi.

- Nərgiz, çəkildiyiniz "Laləli saray" serialında abu-hava necədir?

- Çəkilişlərimiz bitib, efirdə yalnız çəkilən bölümlər gedir. Biz də istirahətə çıxmışıq.

- Oradakı sənətçilərlə yola gedə bilirdiniz?

- Bəli, çox yaxşı yola gedirdim. İstər aktyorlarla, istərsə də texniki heyətlə. Bu ATV-də yayımlanan sayca ikinci serialım idi. Bundan öncə "Qardaşlar" serialında çəkilmişdim.

- Nədənsə "Qardaşlar" serialında sizi xatırlamıram.

- Bu serialda Fərda ilə sevgili olmuşam, onun yoldaşı gedirdi, yerinə mən gəlirdim. Çox maraqlı komediya idi.

- Dram janrında bir obraz canlandırmaq rahatdır, yoxsa komediya?

- Əslində, tamaşaçını güldürmək daha çətindir. Mənim üçün isə komediya daha rahatdır.

- Bəs dram janrında necə oynadınız?

- Sağ olsun rejissorumuz Şahin Qəhrəman. Onun əməyi bu baxımdan üzərimdə çox böyükdür. Üstümə qışqırırdı, danlayırdı. Oturub ağlayırdım ki, niyə məndə alınmır?

- İki ildir ki, aktrisalıq ilə məşğulsunuz. Aktrisalıqdan əvvəl hansı sahədə olmusuz?

- Model olmuşam. 2015-ci ildə "Azərbaycan gözəli" seçilmişəm.

- Modellik yaxşıdır, yoxsa aktrisalıq?

- Mənə elə gəlir ki, aktrisalıq daha yaxşıdır.

- Niyə yaxşıdır?

- Çünki həmişə aktrisa olmaq istəmişəm.

- Həm də aktrisa Pərvin Abiyevanın rəfiqəsisiniz. O, bu sahədə sizə dəstək olubmu?

- "Xənnas" filminə rejissora Pərvin məni təklif etmişdi. Film çox uğurlu da alındı.

- Bu sahədə şansa inanırsınız, yoxsa istedada?

- Mənə elə gəlir ki, istənilən sahədə sənin gözəl şansın olmalıdır. Bir də səni gözəl rollarla tamaşaçı yadda saxlamalıdır.

- Bir qızınızın olduğunu bilirəm. İstərdinizmi aktrisa olsun?

- O deyir ki, sənin kimi aktrisa olmaq istəyirəm. Mən, amma onun bu sənətdə olmağını istəmirəm. Sənətə gəldiyimə görə peşman deyiləm, amma nədənsə istəmirəm.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 İyul 21:2051

    Xosuma geldi qesengdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.