Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Elnur Zeynalovun solo konserti keçirilib

13 İyun 2018 19:20
Baxış: 391

İyunun 10- da Beynəlxalq Muğam Mərkəzinin və "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının birgə "Vətənimdir Azərbaycan" adlı layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Bu ilin mart ayında start götürən layihənin ilk konserti "Buta" instrumental ansamblın müşayiəti ilə Eldəniz Məmmədov çıxış etmişdir. Layihənin məqsədi Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını tanınmış xanəndələrin ifasında yeni nəsilə çatdırmaqdan ibarətdir. 

Layihə çərçivəsində növbəti konsertdə "Nur" instrumental ansamblı müşayiəti ilə Dövlət Akademik Opera və Balet Teatrının solisti,Əməkdar artist, xanəndə Elnur Zeynalov çıxış  etdi.

Ansamblın bədii rəhbəri, tarzən Sənan Əliyevdir. 

Xanəndəni çəngdə Əməkdar artist Fəzilə Rəhimova, kamançada Anar Yusubov, nağarada Xəyal Abbasov,qanunda Samirə Əliyeva, zərb alətində Elvin Həmidov,elektro-pianinoda Vüsal Hüseynov, udda Fərhad Qədirov, qoşa nağarada Eyyub Məhərrəmli müşayiət ediblər. 

Konsertdə  Elnur Zeynalovun ifasında xalq mahnıları,  təsniflər, klassik Azərbaycan bəstəkarlarının mahnıları səslənib. Gecədə ifaçı muğam müsabiqəsinin qalibi Səbinə Ərəbli, Ayşən Mehdiyeva ilə birlikdə maraqlı duetlər ifa ediblər.

Konsertdə Xalq artisti, professor Mənsum İbrahimov xanəndə Elnur Zeynalov haqqında ürək sözlərini bildirib və ona gələcək yaradıcılığında uğurlar arzulayıb.

Konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Beynəlxalq Muğam Mərkəzi  "Vətənimdir Azərbaycan" layihəsi ilə yanaşı, "Unudulmayanlar", "Dastan gecələri", "Muğam axşamları", "Muğamat var olan yerdə", "Aşıq musiqisi axşamları", "yeni nəsil dəvət edir", və digər layihələri tamaşaçılara təqdim edir.

Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə və pedaqoq Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət"  mərkəzlərində və İticket.az saytından əldə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.