Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında premyera: “Tənbəl Əhməd” ... - FOTO

11 İyun 2018 19:52
Baxış: 277

İyun ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Tənbəl Əhməd" adlı yeni tamaşanın premyerası keçirildi. Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan "Tənbəl Əhməd" adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq,  zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. İlk tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılanmış, xalq nağılının qəhrəmanının səhnədəki sərgüzəştləri və obrazı kiçik yaşlı məktəblilərin sevgisini qazana bilib.

Nağılın müasir uşaqların dünyagörüşünə uyğun rejissor yozumu, səhnə tərtibatı, geyim və aktyor oyunu, musiqi tərtibatı məktəblilərin nağıl dünyasına səyahətinə bələdçilik edərək tamaşa boyu obrazlarla təmasda olmalarına şərait yaratmışdır.

Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada Tənbəl Əhməd obrazını teatrın sevilən gənc aktyorları Ramil Məmmədov və Vahid Orucoğlu, rolları əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Natiq Fərzəliyev , Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.