Mədəniyyət

“Məni kriminal avtoritet kimi görəcəksiniz" - Rasim Balayev

25 May 2018 15:09
4 Şərh     Baxış: 3 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, tanınmış aktyar Rasim Balayev yeni seriala çəkilib. Yaxın günlərdə serial Xəzər televiziyasında nümayiş olunacaq.

Milli.Az xəbər verir ki, yeniçag.az-a açıqlama verən aktyor serialın Kamran Cəfərovun "Şifrələnmiş Brailler" əsərinin motivləri əsasında çəkildiyini və detektiv janrda olduğunu bildirib:

"Mən dəfələrlə açıqlamalarımda da demişdim ki, seriallara çəkilmək istəmirəm. Dəfələrlə təkliflərdən imtina etmişəm. Çünki böyük filmlərə çəkilmək istəyirəm. Amma rejissor saqqızımı oğurladı və özüm də bilmədim necə oldusa, çəkilməyə razılıq verdim. Serialın rejissoru Sərdar Gözəlovdur. Məni filmdə kriminal avtoritet kimi görəcəksiniz. Sayılıb-seçilən və hər kəsin hörmət etdiyi bir obrazdır. Bilmirəm tamaşaçılar bəyənəcək, ya yox".

Maraqlıdır, aktyor nə vaxtsa həyatda avtoritet olmaq istəyibmi?

"Heç vaxt bu barədə düşünməmişəm"- aldığımız cavab belə oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.