Mədəniyyət

"Polis saxladı ki, başqasının avtomobilini qaçırtmısan" - Azərbaycanlı aktrisa

25 May 2018 14:38
3 Şərh     Baxış: 4 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Musiqili Teatrının aktrisası Gülnarə Əzizova Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aktrisa özü "Praym-şok" verilişində danışıb. O bildirib ki, başqasının avtomobilini idarə etdiyi üçün belə bir hadisə ilə qarşılaşıb:

"Xaricdən gələn qonaqlarımı dəniz kənarına apardım. Səhəri gün işə gedəndə yol polisləri məni saxladılar. Başqasının avtomobilini sürdüyümü dedilər. Əvvəl etiraz etdim, sonra düşüb maşının seriya nömrəsinə baxdım. Məlum oldu ki, həmin məkanda mənim avtomobilimlə eyni rəng və eyni nömrədə olan maşını sürüb getmişəm. Maşının sahibi də məni polisə şikayət edib ki, avtomobilimi qaçırıblar. Amma nəticə yaxşı oldu, biz də öz avtomobilimizə qovuşduq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.