Mədəniyyət

25 nömrəli onbirillik musiqi məktəbinin hesabat konserti

24 May 2018 20:45
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirib.

Konsertdə Baş İdarənin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi Zenfira Qafarova, Musiqi Akademiyasının professorları Ceyhun Allahverdiyev, Vasif Allahverdiyev, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, və məktəbin kollektivi iştirak ediblər.

Konsert T.Cəbrayılovun "Ey Vətən"və  P.Bülbüloğlunun "Bənövşələr" mahnılarının  məktəbin xor kollektivinin ifası ilə başlayıb.

Məktəbin şagirdlərinin ifasında F.Əmirov "Məhəbbət rəqsi", C.Cahangirov "Rondo", T.Quliyev "Qaytağı", İ.Poxelbel "Kanon", Karlos Kardel "Tanqo", Debussi "Ay işığı", Poskual Marquio Norro "Espana Coni" kimi   kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda şagirdlər S.Ələsgərov "Vals" - "Ulduz" kino filmindən Məhəmməd və Züleyxanın duetini, Ü.Hacıbəyov "Müqəddimə" - Arşın mal alan Musiqi komediyasından  Telli və Vəlinin duetini ifa ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.