Mədəniyyət

28 May - Respublika gününə həsr olunmuş konsert təqdim olunub

24 May 2018 18:42
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin L. və M. Rostropiviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində 28 May- Respublika gününə həsr olunmuş konsert keçirilib.

Konsertdə Baş İdarənin rəisi Vüqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Konsertdə məktəbin şagirdlərinin ifasında T.Quliyev "Bakı haqqında mahnı", Ü.Hacıbəyli "Arazbarı", C.Cahangirov "Ana", A.Rzayev "Düşüncə", Ə.Əzizov "Skertso", F.Şopen "İnqilabi etüd", Şostakoviç "Rəqs", P.Sarasate "İntroduksiya - tarantella" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda məktəbin Xalq Çalğı Ansamblının müşayətilə Tanrıverdiyeva Məleykə və Tağıyeva Günelin ifasında R.Məmmədovun "Yaşa mənim xalqım" mahnısı səsləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.