Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında “Dəlixanada qətl” tamaşasının premyerası - FOTO

24 May 2018 19:18
Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 26-sı saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Fridrix Dürrenmattın "Fiziklər" komediyası əsasında hazırlanmış "Dəlixanada qətl" tamaşasının premyerası keçiriləcək. Tamaşa ötən il dünyasını dəyişmiş dahi soydaşımız Lütfi Zadənin xatirəsinə həsr olunub. Tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları Leyli Vəliyeva, Mehriban Hüseynova, İradə Rəşidova, Gülər Nəbiyeva, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Nofəl Vəliyev, Şövqü Hüseynov, Gülər Nəbiyeva, Ramil Məmmədov və Aygün Fətullayeva canlandıracaq.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.