Mədəniyyət

ADGTT əməkdaşları mükafatlandırıldı

21 May 2018 19:26
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ADGTT-nın bir qrup əməkdaşı  Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi "Kral Vindzor At Şousu"nda möhtəşəm şou proqrama verdiklərə töhfələrə görə Dövlət Sərhəd Xidmtinin rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Teatrın aktyoru Anar Seyfullayev və işıq üzrə rəssamı Vadim Kuskov fəxri fərmanla, şounun rejissoru, Əməkdar artist Nicat kazımov isə "Hərbi əməkdaşlıq sahəsində xidmətlətə görə" medalı ilə təltif olunublar. 

Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi dünyaca məşhur Qarabağ atlarının iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin doğum günü ərəfəsində təşkil olunan ənənəvi "Kral Vindzor At Şousu"nda möhtəşəm proqramla çıxış edib.
Proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təqdim olunub. Şouda ölkəmizi süvarilər dəstəsi ilə yanaşı, "Sərhədçi" rəqs qrupu, "Natiq" ritm qrupu və rəssamlar təmsil ediblər. "Land of Fire - Azerbaijan" ("Odlar Yurdu - Azərbaycan") adlı xüsusi proqram 75 illik yubileyini qeyd edən "Kral Vindzor At Şousu"nun izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Qarabağ atları və azərbaycanlı süvarilərin məharəti bütün tamaşaçıları valeh edib.  Qeyd edək ki, Azərbaycan bu tədbirdə ilk iştirakından diqqət mərkəzində olub. On iki dəqiqə davam edən şounun quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.