Mədəniyyət

Amazon.com-da Azərbaycan xalçaları barədə məlumatlar yerləşdirilib - FOTO

21 May 2018 19:48
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti qarşısında qoyulan mühüm vəzifələrdən biri də xalçaçılığın təbliği və Azərbaycan xalçalarının dünyada satışının təşkil olunmasıdır. Cəmiyyət bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Belə ki, dünya bazarı araşdırılır, bu sahə üzrə fəaliyyət göstərən şirkətlərlə əlaqələr yaradılır,  "Azərxalça"nın məhsulları beynəlxalq sərgilərə çıxarılır, xalçalarımız haqqında nüfuzlu nəşrlərdə yazılar dərc etdirilir. Bütün bunların nəticəsidir ki, dünyada Azərbaycan xalçalarına diqqət artır, beynəlxalq onlayn satış saytları "Azərxalça"nın məhsullarına maraq göstərirlər.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu günlərdə dünyanın ən iri onlayn satış sistemi olan ABŞ-ın məşhur və nüfuzlu amazon.com saytında "Azərxalça"nın məhsullarının  nümayişinə və satışına başlanılıb. Saytda satışa çıxarılan məhsulların "Azərxalça" tərəfindən istehsal edildiyi, həmin xalçaların hansı qrupa aid olduğu barədə məlumatlar yerləşdirilib. Azərbaycanın xalçaçılıq qrupları haqqında məlumatların yer aldığı saytda xalçaların bədii-texniki göstəriciləri, qiyməti və çatdırılma müddəti də öz əksini tapıb. Dünyanın ən çox baxılan saytlarından biri olan amazon.com-da "Azərxalça"nın məhsullarının satışına başlanılması Azərbaycan xalçalarının beynəlxalq təqdimatı baxımından çox əhəmiyyətli hadisədir.

Qeyd edək ki, bu gün dünyanın ən böyük onlayn mağazasına çevrilən "Amazon" 1994-cü il iyulun 5-də "Cadabra" adı ilə Ceff Bezosun Vaşinqton (Sietl) şəhərində yerləşən qarajında qurulub. 1995-ci ildə isə şirkət "amazon.com" adını alıb. "Amazon" fəaliyyətə yeni başlayanda məqsədi onlayn kitab satmaq olub.
Amma qısa zamanda "Amazon"dan kitab sifarişləri təkcə, Vaşinqtondan deyil, digər bölgələrdən də edilib. Şirkətin rəhbəri qərara gəlib ki, amazon.com yalnız onlayn kitab saytı olaraq qalmamalıdır. İlk ildə dünyanın 45 ölkəsindən məhsul almaq istəyənlər olub. Bezos daha sonralar sayta elektron avadanlıqlar, video oyunlar, ev əşyaları və s. əlavə etməyə başlayıb. Rəqibləri dəyər itirən vaxt bu şirkət gəlirinə gəlir qatır və beləliklə, nüfuzlu brendlərdən birinə çevrilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.