Mədəniyyət

"Çağırın o xalq artistlərini bir uşaq rolu oynasın, görün oynaya bilirlər?" - FOTO

23 May 2018 22:08
7 Şərh     Baxış: 3 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Almaz Mustafayeva uşaq rolu oynadığına görə onu qınayan həmkarlarına səslənib.

Milli.Az-a açıqlama verən aktrisa bu rolların çətinliyindən danışıb.

"Gənc Tamaşaçılar Teatrında uşaq tamaşaları üstünlük təşkil edir. Biz nəinki, məişət tamaşalarında, həmçinin də uşaq tamaşalarında iştirak edirik. Siz elə bilirsiniz ki, heyvan rolları, uşaq rolları oynamaq asandır? Bu rolların çətinliyi bir başqadır. Aktrisanın bu rolları oynamaq üçün böyük müşahidə qabiliyyəti olmalıdır. Bəzən deyirlər ki, "siçan-pişik" teatrıdır da. Siz çağırın digər teatrın xalq artistlərini bir uşaq tamaşası, yaxud da heyvan rolu oynasın. Görün oynaya biləcəklər? Əlbəttə ki, yox", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.