Mədəniyyət

Xəstəlik Musa Yaqubu bu hala salıb - FOTO

19 May 2018 15:30
9 Şərh     Baxış: 4 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur şair Musa Yaqubun səhhəti ağırlaşıb.

Milli.Az-ın ölkə.az-a istinadən məlumatına görə, ötən gün xalq şairi Sabir Rüstəmxanlı İsmayıllının Buynuz kəndinə gedərək, həmkarına baş çəkib. Rüstəmxanlının qardaşı şairlərin görüşündən çəkilmiş fotonu paylaşaraq bunları yazıb: 

"Bu gün İsmayıllı rayonunun Buynuz kəndində ailəmizə çox yaxın olan, Azərbaycanın görkəmli şəxsiyyəti, çox hörmətli şairi Musa Yaqubu qardaşlarımla, Sabir Rüstəmxanlı və Mədət Rüstəmxanlı ilə birlikdə ziyarət etdik. Musa əmi bir az nasaz idi. Allah şəfasını versin. Söz verdi ki, növbəti dəfə gələndə sizi ayaq üstə, sağlam qarşılayacağam".

Qeyd edək ki, səksən yaşlı məşhur şair uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.