Mədəniyyət

Lənkəranda “Cəza” nümayiş etdirildi - FOTO

16 May 2018 19:25
Baxış: 448

Mayın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın "Cəza" monotamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib. Sözügedən tamaşanın nümayişi "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalının milli mərhələsi çərçivəsində baş tutub. Tamaşadan öncə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofq Heydərov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr oluduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, mayın19-dək davam edəcək festivalda ölkəmizlə
yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri də iştirak edirlər. T.Heydərov bu cür beynəlxalq tədbirlərin mədəniyyətlərin yaxınlaşmasına, teatr kollektivləri arasında işgüzar əlaqələrin qurulmasına xidmət etdiyini vurğulayıb.

Daha sonra "Cəza" monotamaşasına baxış olub.
Lənkəran teatrsevərləri tərəfndən sürəkli alqışlarla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tək adamlıq psixoloji oyun dramı olan "Cəza" tamaşasında əsas və yeganə rolu əməkdar artist Kəmalə Hüseynova ifa edir.

Tamaşadan sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidova maraqlı və məzmunlu tamaşaya görə Beynəlxalq Teatr Festivalının diplomu təqdim olunub.
M.Həmidov Beynəlxalq Festivalın təşkilatçıları - Mədəniyyət Nazirliyinə, Şəki Şəhər İcra hakimiyyətinə və göstərdikləri diqqət və qayğıya görə Lənkəran Dövlət Dram Teatrının rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirdi. Məlumat üçün bildiririk ki, III Şəki Beynəlxalq Teatr Festivalı may ayının 19-dək davam edəcəkdir.
 

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.