Mədəniyyət

"Bəyin oğurlanması" filminin səhnəarxası əhvalatları - VİDEO - FOTO

14 May 2018 22:44
2 Şərh     Baxış: 7 496

Otuz ildən çoxdur ki, sevə-sevə baxdığımız "Bəyin oğurlanması" filminin bir çox epizodları ucqar kənddə - Şamaxının Məlhəm kəndində çəkilib. Aradan uzun illər ötsə də, filmin çəkilişləri, xüsusən səhnəarxası əhvalatları hələ də yaddaşlardan silinməyib.

Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Məlhəm kəndində olub, filmin çəkilişlərində iştirak edən yerli sakinlərlə söhbətləşib.

Korifey sənətkarları - Həsənağa Turabovu, Səyavuş Aslanı, Nəsibə Zeynalovanı, Səməndər Rzayevi, Hacı İsmayılovu, Yaşar Nurini, Arif Quliyevi və digərlərini yaxından görməyin özü o vaxt kənd adamları üçün hadisə idi. Həmin günlərin şahidi olan sakinlər öz xatirələrini müxbirimizlə bölüşüblər.

Belə məlum olub ki, çəkilişin aparıldığı 1985-ci ilin sentyabr-oktyabr aylarında səhnəarxası xeyli maraqlı əhvalatlar baş verib. Çəkilişlərin bir hissəsi kənd sakini Nəsib Nəsirovun evində aparılıb. Toy səhnəsi isə həmin evlə üzbəüz qonşunun - Mirələm Əmirovun həyətində lentə alınıb.

Kütləvi səhnələrin iştirakçılarının əksəriyyəti kənd camaatı idi. Gəlin köçən və toya hazırlıq səhnələrində də əsasən sakinlər çəkilib. Əslində onlar adi kənd toyundakı işlərini görürdülər. Təbii olsun deyə, rejissor bu səhnələrə mümkün qədər az müdaxilə edib. Nəticədə film çox təbii alınıb və tamaşaçıya sevdirən aktyor oyunu ilə yanaşı, həm də bu təbiilikdir.

Filmin kadrarxası maraqlı epizodlarından biri ötən il 85 yaşında vəfat etmiş kənd sakini Rəhilə Əhmədova ilə aktyor Hacı İsmayılov arasında olan söhbətdir. Belə ki, kütləvi səhnələrdə fəal iştirak edən bir qrup kənd sakinindən pasportlar yığılır və onların hər birinə pul hesablanır. Pullar verilərkən Rəhilə Əhmədova soruşur:

- Bəs mənim eşşəyimin pulu hanı? Axı, kino çəkəndə onu maşın vurmuşdu.

- Hə, düz deyirsən, gör necə yaddan çıxıb. - Hacı İsmayılov deyir. - Tez ol, get eşşəyinin pasportunu gətir, ona da pul hesablansın.

Bir əhvalat da yerli partiya təşkilatının katibi ilə Həsənağa Turabov arasında olub. Çəkiliş aparılarkən üzüm yığımının qızğın çağı idi. Adamların cəmləşdiyi bir səhnə ekranlaşdırılarkən katib gəlir və təsərrüfat işlərinə mane olduqları üçün çəkiliş qrupunu acılayır. Bərk mübahisə düşür, hətta tərəflər bir-birinə ağır sözlər deyirlər. Məsələ böyüyərək rayon partiya komitəsinə, milisədək gedib çıxır...

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Yek · 14 May 23:0090

    Bu filmə Anamla Azərbaycan kinoteatrında baxmışdım.Zaman nə tez keçir.Elə bil dünən idi.Kövrəldim...

    Cavab yaz
    • Anonim
      Adi insan · 15 May 00:0220

      Mende Veten kinoteatrinda atamla baxmiwdim.Beli heyf o gunlerden.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.