Mədəniyyət

"Atam 1,5 ilini cəbhədə keçirib" - Polad Bülbüloğlu - FOTO

26 Aprel 2018 12:00
3 Şərh     Baxış: 3 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Vətən müharibəsində Azərbaycandan 681 min insan iştirak edib, onların yarısı geri qayıtmayıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bryanks şəhərində Qaliblər Beynəlxalq forumunda çıxışı zamanı deyib.

Səfir bildirib ki, Böyük Vətən müharibəsi illərində onun atası 1,5 ilini Bryansk cəbhəsində konsertlər verməklə keçirib.

"Atam opera müğənnisi idi və peşəsi üzündən silahla deyil, səs və mahnılarıyla mübarizə aparırdı. Atamla birlikdə ifa etmiş bütün sənətkarların adının qeyd olunduğu və Bryansk cəbhəsinin siyasi şöbəsinin rəhbəri tərəfindən imzalanmış təşəkkür məktubu da daxil olmaqla bir neçə unikal sənəd gətirmişəm", - deyə Polad Bülbüloğlu bildirib.

O, beynəlxalq forum iştirakçılarına müraciət edərək deyib ki, bu hamının Qələbəsi idi.

"Azərbaycanın 681 min sakini Böyük Vətən müharibəsində iştirak edib, onlardan yarısı geri qayıtmayıb. Belə forumların dəyəri ondadır ki, indi artıq müxtəlif ölkələrdə yaşayan gənc nəsil müasir dövlətlərinin - Sovet İttifaqının keçmiş respublikalarının hansı əziyyət bahasına öz azadlıqlarını qoruyub saxladığını bilsinlər", - deyə səfir əlavə edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.