Mədəniyyət

2 azərbaycanlı Beynəlxalq Teatr Festivalında münsiflər heyətinə qatılacaq

19 Aprel 2018 20:38
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Azərbaycan və Kalmıkya Respublikalarının Əməkdar İncəsənət xadimi Bəhram Osmanov və teatrın aktyoru, Azərbaycan və Kalmıkya Respublikalarının Əməkdar artisti Şövqü Hüseynov bu ilin aprel ayının 25-dən mayın 1-dək İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək V Beynəlxalq Küçə Teatrları Festivalında münsiflər heyətinin tərkibində iştirak etmək üçün Təbriz Bələdiyyəsinin Mədəniyyət və İncəsənət təşkilatı tərəfindən dəvət almışdır.

Sənətçilər sözügedən Beynəlxalq tədbirdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidovun müvafiq əmri  ilə bu il aprel ayının 24-dən 01-dək İran İslam Respublikasının Təbriz şəhərinə ezam olunucaqlar.

Festival çərçivəsində Azərbaycan teatr sənətçiləri teatr sənətinə aid müxtəlif treninqlərdə, ustad dərslərdə və seminarlarda çıxış edərək Azərbaycan teatrının 145 və ADGTT-nın 90 illik yaradıcılıq fəaliyyəti barədə festivalda iştirak edən digər xarici ölkə teatr mütəxəsislərinə və təbrizli həmkarlarına məlumat verəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.