Mədəniyyət

Həftə sonu Afaq Bəşirqızı ilə

19 Aprel 2018 20:18
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.

20, 21, 22 aprel tarixlərində saat 19.00-da "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov), "Toya bir gün qalmış" (Ə.Səmədli) və  "O olmasın, bu olsun" (Ü.Hacıbəyli) tamaşaları təqdim ediləcək.

Musiqili Teatr balaca teatrsevərlərin görüşünə 21 və 22 aprel saat 12:00-da "Dəcəl çəpişlər" (O.Zülfüqarov, R.Heydər) və "Yatmış gözəl və cırtdanlar" (Ş.Pero, səhnələşdirən A.Sadıqov) tamaşası ilə gələcək.

Teatrsevərlər nümayiş olunacaq səhnə əsərlərində milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nahidə Orucova, Şövqü Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Güldanə Əzimova, Nadir Xasiyev, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Türkel Tariqpeyma, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Nicat Əli, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Həftəni xoş ovqatla və yaddaqalan başa vurmaq istəyən hər kəs 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə edə bilərlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.