Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzi və "ADA" Universiteti əməkdaşlıq edir

19 Aprel 2018 19:00
Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzi "ADA" Universiteti ilə əməkdaşlığa başlayaraq xarici tələbə və peşəkarlar üçün içərişəhərdəki "Ədibin Evi"ndə keçirilən "Azərbaycan dili və mədəniyyəti" tədris kursu çərçivəsində mədəniyyətimizin təbliği səylərinə qoşulub. Kurs müddətində iştirakçılar üçün bir sıra tədbirlər  təşkil edilib, o cümlədən, Novruz bayramında Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklər və beynəlxalq şirkətlərin əməkdaşları üçün muğamat konserti keçirilib.  Konsertdə Muğam Televiziya Müsabiqəsinin qalibləri olan ifaçılar muğam parçaları,təsniflər və xalq mahnıları səsləndiriblər.

Almaniyanın Giessen Universitetindən Azərbaycana səfərə gəlmiş, türkologiya üzrə magistr və doktorantura tələbələri isə "ADA" Universiteti və Beynəlxalq Muğam Mərkəzinin onlar üçün təşkil etdiyi "Azərbaycan muğamı və alman musiqisi Azərbaycan milli musiqi alətlərində" adlı konsert proqramında Azərbaycan musiqiləri ilə yanaşı görkəmli alman bəstəkarlarının əsərlərini də tar və kamançada dinləmək imkanı əldə ediblər.

"ADA" Universiteti və Beynəlxalq Muğam Mərkəzi "Ədibin Evi"ndə Azərbaycan musiqisinin və mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlərin genişləndirilməsini nəzərdə tutur.İçərişəhərdə yerləşən "Ədibin Evi" görkəmli Azərbaycan yazıçısı və alimi Mir Cəlalın 1929-1941-ci illərdə yaşadığı evdir və 2017-ci ildən Azərbaycan dilini, mədəniyyətini və ədəbiyyatını təbliğ edən yaradıcılıq mərkəzi kimi fəaliyyət göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.