Mədəniyyət

ADGTT-nin həftəsonu repertuarı

19 Aprel 2018 18:24
Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün maraqlı repertuar tərtib edib. Hər zaman olduğu kimi bu dəfə də paytaxt sakinləri və şəhərimizin qonaqları teatrın repertuarında olan rəngarəng səhnə əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar.

Aprelin 20-si saat 19:00-da teatrın Kiçik səhnəsində T.Vəliyevanın "Cəza" tamaşası nümayiş olunacaq. Teatrsevərlər aprelin 21-i teatrın səhnəsində Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları", 22-i isə V.Siqarev "Ağ ölüm" tamaşasına baxa biləcəklər. Hər iki tamaşa saat 19:00-da  nümayiş olunacaq.

Məktəbli dostlar isə aprelin 21-i A.Şaiqin "Tıq-tıq xanım", 22-si isə A.Lindqrenin "Balaca və damda yaşayan Karlson" tamaşalarını izləyə biləcəklər. Tamaşalar saat 12:00 və 14:00-da nümayiş olunacaq.

Tamaşalarda Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Nübar Novruzova, Leyli Vəliyeva, Şovqi Hüseynov, aktyorlar Günel Məmmədova, Elnur Kərimoiv, Manaf Dadaşov, Asya Atakişiyeva, Anar Seyfullayev, Vahid Orucoğlu və teratrın sevilən aktyorları rol alıb.

Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və ASAN xidmət mərkəzlərindən və filiallarından əldə edə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.