Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır...

18 Aprel 2018 19:18
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır. ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də RF-nın tərkibində fəaliyyət göstərən  xarici ölkə teatr kollektivləri ilə "qarşılıqlı qastrol səfərlərinə dair" yaradıcılıq müqavilələri imzalamışdır.

Hələ ötən il əldə olunmuş razılığa əsasən ADGTT-nın kollektivi Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının, Çeçenistan Dövlət Gənc Tamaşaçılar və Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində "Sabi" Dövlət Gənc Tamaşaçılar teatrlarının qonağı olaraq maraqlı tamaşalarla çıxış etmişlər.

Müqaviləyə uyğun olaraq ADGTT bu il may ayının 1-6 tarixlərində Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dövlət Dram teatrının qonağı olacaq və görkəmli azərbaycan ədibi A.Şaiqin "Tıq-tıq xanım" tamaşası ilə sözügedən teatrın səhnəsində çıxış edəcəkdir.

Öz növbəsində Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakıya səfər edərək may ayının 12-19 tarixlərində Azərbaycanda keçiriləcək III Beynəlxalq Şəki Teatr festivalı çərçivəsində 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq, həm festivalın proqramında, həm də festival başa çatandan sonra Bakıda qastrol səfərini davam etdirərək, V.Korostılevin "Vova möcüzələr ölkəsində" tamaşasını ADGTT-nın səhnəsində nümayiş etdirəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.