Mədəniyyət

Xəstəxanada olan Fəxrəddin Manafovdan xəbər var

16 Aprel 2018 23:27
6 Şərh     Baxış: 9 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyaya müayinə üçün getmiş xalq artisti Fəxrəddin Manafov tezliklə Azərbaycana dönəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyorun çalışdığı Rus Dram Teatrının mətbuat xidmətindən bildiriblər:

"Fəxrəddin Manafov Almaniyaya müayinəyə gedib. Onurğasında bəzi problem var, nə səviyyədədir, yəqin ki, müayinə zamanı müəyyən edilib. Bizə özü zəng edib və vəziyyətinin yaxşı olduğunu deyib. Həm də bildirib ki, bir-iki günə gələcək".

Məlumata görə, xalq artisti Almaniyaya təxminən bir həftə qabaq gedib.

Qeyd edək ki, F.Manafov  2016-cı ildən Rus Dram Teatrında çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.