Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində maraqlı fortepiano musiqisi axşamı keçirilib

16 Aprel 2018 18:11
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliyevin solo konsert keçirilib.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi "Mədəniyyət" kanalıdır.

Konsertin aparıcısı tanınmış jurnaist Rahib Azəri  Nizami Əliyevin Vaqif Mustafazadə irsinin davamçısı olduğunu  vurğuladı. Qeyd etdi ki, isdedadlı pianoçu Azərbaycan professional ifaçılıq sənətində özünəməxsus yer tutur.

Nizami Əliyev Xalq artisti, "Şöhrət" ordenli, görkəmli pianoçu Çingiz Sadıqovun tələbəsidir.

Gecədə Nizami Əliyevin öz kompozisiyaları ilə yanaşı,  "Küçələrə su səpmişəm", "Xəzərin sahilində", "Vaqif xaritəsi", "Bağ mövsümü", "Qubanın ağ alması", "Sarı gəlin", "Alağöz", "Bakı gecələri" kimi xalq və bəstəkar mahılarını da  ifa edib.

Konsert musiqisevərlər tərəfindən dəfələrlə alqışlarla müşayiət olundu.

Nizami Əliyev sonda  Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə konsertin təşkilinə görə öz təşəkürünü bildirib.

İfaçı həmçinin  "Mədəniyyət" kanalının rəhbərliyinə də informasiya dəstəyinə görə minnətdarlıq bildirib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində irimiqyaslı layihələr davam edir.Bu qəbildən olan yeni möhtəşəm layihə "Dastan gecəsi" adlanır. Aprelin 18- də reallaşacaq həmin layihə Beynəlxalq Muğam Mərkəzinin və AMEA-nın Folklor İnstitu ilə birlikdə həyata keçirilir.

"Alı xan və Pəri xanım" dastanı əsasında hazırlanmış musiqili kompozisiya aşıq musiqisi sevənlər üçün maraqlı olacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.