Mədəniyyət

"Atama gözəl xanımlardan məktublar gəlirdi" - Əməkdar artist - VİDEO - FOTO

16 Aprel 2018 15:26
1 Şərh     Baxış: 3 221

ARB TV-nin "Boş Anlar" verlişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub.

Milli.Az bildirir ki, aktrisa ikinci dəfə ailə qurmama səbəbindən danışıb: 

"Allah rəhmət etsin, mənim atam əllərini iynələr deşə-deşə bizim üçün yorğan sırayıb. Bax belə kişilər olub. Ona görə məndən nəyə görə 2-ci dəfə ailə qurmadız soruşulanda, onu deyirəm ki, mən elə bir kişi tapmadım. Atamda olan xüsusiyyət əsl kişiyə məxsus idi. Atam da, anam da mühəndis idi.

Atam tez-tez işi ilə bağlı ezamiyyətə gedirdi. Atam gələndən sonra dalınca gözəl xanımlardan məktublar gəlirdi. Anamı qınayırdılar ki, bəs sən qısqanmırsan? Anam deyirdi ki, gəlsin də. Deməli, yaraşıqlı, baxımlı kişidir ki, məktublar gəlir. Anam elə cavab verirdi. O vaxt anamı başa düşmürdük. Ancaq indi mən anamın müdrikliyini başa düşürəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Atama gözəl xanımlardan məktublar gəlirdi" - Əməkdar artist

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Emmaa❤❤ · 16 Aprel 15:3341

    Anan yaxsı bilibki kişinin başı döşek sırımag ev işleri ile başı qarısacaq yadına mektup oxumaq düşmüyecek)....Atan gözel olubda her halda çünkü seni kimi gözel qızı var yeqin sen Atana oxsamısan )))...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.