Mədəniyyət

Rus Dram Teatrında “Mən, sən, pəncərə... məşuq” tamaşasının premyerası olacaq

13 Aprel 2018 20:20
Baxış: 318

Rus Dram Teatrında ingilis dramaturqu Rey Kuninin "Qarışıqlıq" pyesi əsasında "Mən,
sən, pəncərə... məşuq" tamaşası səhnələşdirilir.

Rejissor, xalq artisti İranə Tağızadənin quruluş verdiyi bu pyes keçmiş Sovet məkanında "№ 13" adı ilə məşhur idi.
Dramaturqla razılaşma əsasında pyes Rus Dram Teatrının səhnəsində "Mən, sən,
pəncərə... məşuq" adı ilə oynanılacaq.

Məlumat üçün bildirək ki, bu, dramaturqun ən yaxşı əsərlərindən biridir və Lourens
Olivye (London Teatr Cəmiyyəti tərəfindən) mükafatına layiq görülüb.
Tamaşada hadisələr Britaniya Parlamentinin üzvü olan nüfuzlu bir şəxsin beş ulduzlu
"Vestminster" otelində siyasi rəqibinin cazibədar katibəsi ilə xoş axşam keçirmək
istəyindən başlayır. Əgər otel otağının nömrəsi 13, pəncərəsi Biq Benlə üzbəüz
olmasaydı, hər şey yaxşı olardı. Bu, cənab Uillinin başına təsəvvür edə bilməyəcəyi
gözlənilməz hadisələrin gəlməsinə səbəb olur. Uğursuz rəqəm sevgililər üçün fəlakətə
səbəb olur, onlar münasibətlərinin kulminasiya məqamında pəncərədə naməlum bir
adamın cəsədinin sıxıldığını görürlər.

Tamaşada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Fuad Osmanov, Natalya
Baliyeva, Elmira Aslanova, aktyorlar Teymur Rəhimov, Həcər Ağayeva, Murad
Məmmədov, Bella Safina, Yuri Omelçenko, İnna İmranova, Zaur Terequlov, Fatimə
Əliyev, Elşad Murtuzov oynayacaqlar.

Tamaşanın dekorasiya rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa
Abbasova, xoreoqraf Fuad Osmanov və Mariya Dubovitskaya, musiqi tərtibatı Vladimir
Neverova məxsusdur. 3 və 4 may tarixlərində saat 19.00-da tamaşanın premyerası
olacaq.Tamaşa 16+ tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Biletlər şəhərin
mərkəzləşdirilmiş kassalarında satılır.

Milli.Az
 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.