Mədəniyyət

“Vaqifin xəstəliyini çox gec bildik” - Tamam Bayatlı

13 Aprel 2018 12:10
1 Şərh     Baxış: 5 182

Vaqifin beynində uzun müddət anomaliya olub. Damarların düzgün birləşməməsi baş verib. Xəstəliyi çox gec bildik.

Milli.Az xəbər verir ki, bunu azvision.az-a tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, şairin növbəti müayinəsi iyun ayında Türkiyədə həyata keçiriləcək. 

"Onda anadangəlmə anomaliyadır. Bu, bir neçə dəfə beynə qan sızmasına səbəb olub. Həkimlər cərrahi müdaxilə edib, onu aradan götürdülər. Əməliyyatdan sonra sağalma prosesi bir az vaxt alır. Ötən il Türkiyəyə getdik. Orada yoxlayıb bildirdilər ki, beynində sağalma prosesi gedir. Amma tam sağalmayıb. Tam sağalmasını gözləyirlər ki, ürəyinə müdaxilə edə bilsinlər. Dərmanlar yazılıb, hazırda onları qəbul edir. Bizə vaxt verdilər ki, növbəti dəfə may, iyun aylarında müayinəyə gedək. Gözləyirik. Desəm ki, tam yaxşılaşma var, yox. Amma hər halda ümid edirik ki, bu dəfə gedəndə bizə yaxşı xəbər verəcəklər. Ondan sonra ürək nayihəsində əməliyyat aparılacaq".

T. Bayatlı deyib ki, səhhətində problem olsa da, şairin ədəbi yaradıcılğını davam etdirir: "Daha çox evdə olur. Yeni kitabı üzərində işləyir. Onu da yekulaşdırmaq üzrədir. Qəzetlərə şeirlərini verir. Şeirləri tərcümə olunur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Qafqaz Allahverdiyev · 13 Aprel 13:1120

    Azərbaycan poeziyasının ən parlaq siması ,sizə can sağlığı arzulayıram !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.