Mədəniyyət

ADGTT-nın həftəsonu repertuarı

17 Mart 2018 18:10
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bayram günləri ərəfəsində, həftəsonu iki premyera ilə tamaşaçılarının görüşünə gəlir. Martın 17-də saat 12:00, 14:00 və 16:00-da H.X.Andersenin "Qar kraliçası" və martın 18 və 19-da  eyni saatlarda E.Uspenskinin "Çeburaşka" əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı həftəsonu repertuarın əsasını təşkil edir. Daha sonrakı günlərdə teatr bir-birindən maraqlı səhnə əsərləri ilə məktəblilərin görüşünə gələcək. Yaz tətili günlərində, mart ayınınn 19-u "Çeburaşka", mart ayının 21- Ş.Perro "Çəkməli pişik", 22-i Xalq nağılı "Qoğalın sərgüzəştləri", 23-ü A.Şaiq "Danışan gəlincik", 24-ü C.Rodari "Çippolino" və 25-i ərəb xalq nağılı "Əlibaba və qırx quldur" tamaşalarını izləyə biləcəklər. Tamaşalar gün ərzində 3 seans olmaqla saat 12:00, 14:00 və 16:00-da nümayiş olunacaq.

Tamaşalardan əvvəl Novruz bayramının məşhur personajları Keçəl və Kosa səhnəyə çıxaraq uşaqları təbrik edəcək, Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq. Bayramı maraqlı keçirmək istəyən hər kəsi Dövlət Gənc Tamaşaçılar Teatrına və bayram tamaşalarımıza dəvət edirik.

Tamaşalara Bbiletləri mərkəzləşmiş kassa və "Asan xidmət" filiallarından əldə edə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.