Mədəniyyət

Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək

14 Mart 2018 16:18
Baxış: 373

Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.

Filarmoniyanın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, gecə də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Dirijor Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Kərimov, solist isə Ayan Qurbanova (mezzo-soprano) olacaq. Proqramda V. Allahverdiyevin əsərləri səslənəcək.

Biletləri iticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 4973609, 4972904

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.