Mədəniyyət

“80 yaşdan qorxmuram” - Anar

14 Mart 2018 13:57
2 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

80 yaş məni qorxutmur. Həyat hər mənada gözəldir. 80 illik ömrümü çox yaxşı keçirmişəm. Nədənsə gileylənə bilmərəm. Əsas odur ki, geriyə baxanda yaxşı anları xatırlaya bilirəm.

Milli.Az xəbər verir ki, bunu modern.az-a bu gün 80 yaşı tamam olan Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. Oxucularına xoşbəxtlik arzulayan yazıçı həyata baxışı heç zaman dəyişməyib:

"Onu mütləq deməliyəm. Bəzən belə düşünürlər ki, insanın yaşı artdıqca, həyata baxışı dəyişir. Amma mənim yaşım artdıqca həyata baxışım heç dəyişməyib. Təbriklərə gəlincə, dostlardan, yaxınlardan təbriklər alıram. Düzü, ilk kimin təbrik etdiyi yadımda qalmayıb. Amma doğum günü təbrikləri davam edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.