Mədəniyyət

"Azərbaycan mədəniyyətinin uğurları ildən ilə artır"

13 Mart 2018 16:42
Baxış: 735

"Azərbaycan mədəniyyətinin uğurları ildən ilə artır".

Milli.Az yap.org.az-a istinadən bildirir ki, bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin dünyada təbliği isti qamətində də mühüm işlər görülür.

"Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı davam edir. Davamlı olaraq mədəniyyət işçilərinin dövlət təltifləri ilə mükafatlandırılması buna sübutdur. Bütün bunlar bir daha Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir" - deyə, J.Əliyeva qeyd edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.