Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında Milli Teatr günü qeyd edilib...

10 Mart 2018 18:53
Baxış: 431

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 145 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Teatrının 145 və ADGTT-nın 90 illik tarixini əks etdirən vodeoçarxla tanış olublar.

Tədbirdə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.Bildirilib ki, Azərbaycan teatrı keşməkeşli yol keçərək zamanın mühakiməsindən üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur. Milli Teatr günü münasibətilə silsilə tədbirlərin keçirildiyini söyləyən Mübariz Həmidov ölkəmizdə sənət adamlarına, teatr xadimlərinə göstərilən diqqət və qayğıdan söz açıb.Bildirib ki, Milli Teatr günü ərəfəsində Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə teatrın əməkdaşı Zemfira Bağırzadə "Əməkdar mədəniyyət işçisi" fəxri adına , aktrisa Günel Məmmədova Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanına, Əməkdar artist Nübar Novruzova isə Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. Direktor teatrın bir qrup əməkdaşına ADGTT-nın 90 illiyi münasibətilə "Teatr sahəsindəki xidmətlərə görə" diplom və pul mükafatlarını təqdim edib. Mükafatlananlar sırasında teatrın yaradıcı və texniki heyəti aktyorlar Əbdülsəmədova Zemfira, Güşvər Şərifova, Kərəm Hadı-zadə,Mehriban Hüseynova, texniki heyətdən Zaur Abasov, Pərvanə Məmmədova və Yekaterina Bıçkova yer alıb. Daha sonra uzun illər ADGTT-da çalışan, görkəmli sənətkarlar, Xalq artistləri Ağaxan Salmanlı, Tarıyel Qasımov, Yasin Qarayev, Cənnət Səlimova, Vaqif Əsədov çıxış edərək əlamətdar gün münasibətilə bütün teatrsevərləri təbrik ediblər. Tədbir teatrın aktyrorlarının ifasında konsert proqramı ilə davam edib.

Həmin gün axşam saat 19:00-da isə teatrda İsveç dramaturqu Lars Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası nümayiş olundu. Tamaşadan əvvəl səhnəyə çıxan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşaçıları salamlayaraq Milli Teatr günü münasibətilə bütün teatrsevərləri təbrik etdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.