Mədəniyyət

Azərbaycanlı aktrisa: "İnsanı bu cür qocaltmaq, zülm etmək düzgün deyil"

21 Fevral 2018 21:09
1 Şərh     Baxış: 3 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Lətifə Əliyeva ona sənətdə mane olan insanlardan danışıb. Milli.Az-a açıqlama verən aktrisa filmlərdə az çəkilməsinə görə rejissorları sərt tənqid edib.

"İllər öncə mən filmlərdə çəkilə bilərdim, canımda can da var idi. Amma mənə mane oldular. Rejissorlar məni "prob" çəkilişlərinə dəvət etdilər, film çəkiləndə gördüm ki, başqası çəkilir. Çəkilsinlər, bir söz demirəm. Çəkilənlər də mənim bacılarımdır. Amma insanı bu cür qocaltmaq, zülm etmək düzgün deyil. Məni qocaman aktrisalar daha yaxşı başa düşə bilər. O vaxt bilsəm ki, yaddaşım pozulub özüm gedərəm. Amma hələ çəkilmək istəyirəm. Mən tamaşaçı ilə nəfəs alıram", - deyə əməkdar artist bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.