Mədəniyyət

Azərbaycanlı aktyor: "İstərdim ki, 10 qız mənim arxamca düşsün, dərdimdən ölsün" - FOTO

20 Fevral 2018 21:01
3 Şərh     Baxış: 10 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor və ssenarist Ənvər Abbasovun Milli.Az-a müsahibəsi.

- Ənvər Abbasov kimdir?

- Ənvər Abbasov 1985-ci ildə Ağdamda anadan olub. Bir oğlum, bir qızım var.

- Hansı təhsil ocağını bitirmisiniz?

- Mən kollec bitirmişəm, universitet təhsili almamışam. Ümumiyyətlə, bu sahəyə aid olan heç bir təhsil ocağını bitirməmişəm.

- Özünüzü hansı peşəyə aid edirsiniz?

- Mən ssenaristəm.

- Bircə rejissorluq qalıb. Nə vaxt rejissorluq edəcəksiniz?

- Mən rejissorluq etmək istəsəm, rejissorlar çörəksiz qala bilər.

- "Qardaşlar" serialında sizin səsinizin də olduğunu gördük. Sizdən məncə, yaxşı xanəndə də ola bilər.

- Əslində mən Zabit Nəbizadənin tələbəsiyəm. 5 il musiqi təhsili almışam. Bir dəfə futboldan gələndə buzlu su içdim, səsim batdı. Daha sonra oxumaq istəmədim. Çünki oxuyan çoxdur, ssenarist azdır.

- Bu gün ölkəmizdə kifayət qədər yaxşı ssenarist var?

- Bəli, az da olsa var.

- Çəkdiyiniz seriallarda hansı obrazda gözünüz qalıb?

- Bəli, belə bir rol var. Hamı deyir ki, niyə oynamırsan? İstərdim ki, 10 qız mənim arxamca düşsün, dərdimdən ölsün. Bilirəm ki, bu obraz elə arzu olaraq da qalacaq. "Qız atası" serialında Azər Axşamın katibəsi ilə bir rolu var. O da arzu kimi qalıb.

- Film ssenarilərinə peşəkar gözü ilə baxanda çox səhv tutursunuz?

- Bəli, ssenarisi səhv olan filmlər də var. Amma yüksək səviyyədə ssenarisi gözəl olanları da.

- Məsələn?

- "Naxox" filminin ssenarisi çox gözəl, gülməli idi. Bu film nə Elməddinə görə, nə də ki, Fərdaya görə baxıldı. Ssenarisinə görə baxıldı, onu da özümüz yazmışdıq deyə (gülür).

- Bu sənət aləmində münasibətinizin pis olduğu bir insan varmı?

- Bəli, var. Amma mən nə onun adını çəkmək istəyirəm, nə də ki, onun haqqında danışmaq. Xahiş edirəm, məni qalmaqala sürükləməyin (gülür).

- Antipatiya, simpatiya bəslədiyin kimlərdir?

- Elməddinə qarşı böyük antipatiyam var, bu insandan heç xoşum gəlmir. Tələskəndir, çox tez qərar verir. Simpatiyam isə Namiq Qaraçuxurluyadır.

- Kameralar sönəndən sonra necə biri olursunuz?

- Kameralar sönəndə ciddi bir insan oluram. Bəlkə də çoxu elə bilir ki, serialda göründüyü kimiyəm. Amma həqiqətən həyatda çox ciddi biriyəm. Bəzən mənimlə zarafat edirlər, ciddi sifət alıram. Bu zaman elə bilirlər ki, özümü yuxarıdan aparıram.

- Ənvər əslində...

- Əslində ssenari yazmaq istəmirəm, çox yorucu bir işdir bu. Çox vaxtımı alır. Rahat bir iş axtarıram.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.