Mədəniyyət

"Güləhməd" komediya filminin qala-gecəsi keçiriləcək - FOTO

15 Fevral 2018 15:44
Baxış: 1 657

"İmperator Lion Manufacturer" şirkəti növbəti böyük layihəsinin qala-gesəsi keçiriləcək. Komediya janrında lentə alınan "Güləhməd" filmi Park Cinema Flame Towers 21 fevral 19.00-da nümayiş olacaq.

Filmin ssenarisi ve qurluşçu rejissoru türkiyəli Metin Yüceldir. Baş rolda Rəşad Vahidzadə, Firəngiz Orucova, Könül Əbil, Gökhan Çoban, Ziyad Qurbanov, Eldar Ibrahimoğlu və vaynerlər Mənsur Şərif, Rəsul Abbasov, Sabir Samiroğlu, Adil İsgəndərov və. s iştirak edirlər. Filmin baş operatoru - Mətləb Yaqubov, layihənin baş prodüseri - Vüqar Cavadov, icraci prodüseri - Rəşad Vahidzadə.

Film meşədə yaşayan bir dünyadan xəbəri olmayan, kobud, psix, "vurub-yıxan" həmdə çox saf bir insandan bəhs edir. Çəkilişlər İsmayıllıda və Bakıda gedir.

İzləyici qarışısına gülüş dolu səhnələr və maraqlı kadrlarla çıxacaq "Güləhməd" filmi 22 fevral ayında Azərbaycan kinotetrlarında nümayiş olunacaq.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.