Mədəniyyət

Azərbaycanlı aktyor Rusiyada konsert proqramı ilə çıxış edəcək

12 Fevral 2018 18:18
Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının  Əməkdar artisti İlham Əsədov Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kalmık Milli Dram Teatrının həyata keçirdiyi "Dram artistləri oxuyur" adlı yeni teatr layihəsində iştirak etmək üçün Elista şəhərinə yola düşüb. Kalmık xalqının milli bayramı olan "Çaqan Sar" münasibətilə təşkil ediləcək konsert proqramında aktyorun ifasında yalnız kalmık və azərbaycan dilində mahnılar səslənəcəkdir.

Qeyd edək ki, 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. İ.Əsədov  2016-cı il mart ayının 8-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Beynəlxalq Qadınlar gününə həsr olunmuş  konsert proqramı ilə çıxış etmişdir. Kalmıkiya Dövlət Filarmoniyasında baş tutan konsertdə aktyor- müğənni Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyevlə bir səhnəni bölüşmüşdür. Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi konsert proqramında İ.Əsədova Kalmıkiya Respublikasının başçısı İ.Zotovun imzası ilə "Azərbaycan və Kalmık xalqları arasındakı mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə" "Təşəkkürnamə" təqdim olunmuşdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.