Mədəniyyət

Azərbaycanlı aktrisadan inanılmaz ETİRAF: "Kişilər məni sevməyə başlayıb" - FOTO

12 Fevral 2018 21:03
8 Şərh     Baxış: 5 430

Əməkdar artist Kəmalə Müzəffərin Milli.Az-a müsahibəsi.

- Kəmalə xanım, teatr, kino yoxsa serial?

- Bir-birindən ayrılmaz övladlardır. Əgər sual olsaydı ki, birinci yerdə hansını görürsünüz? Bu zaman "teatr" cavabını verərdim.

- Bir tamaşaçı kimi öz oyununuzu necə qiymətləndirirsiniz?

- Özümdə çox səhvlər tuturam. Fikirləşirəm ki, mən hələ daha çox şeylər edə bilərəm. Hələ yarı yoldayam.

- Deməli, hələ istədiklərinizi tam etməmisiz.

- Xeyr, əlbəttə ki.

- "Ögey ana" serialından sonra sənət həyatınızda nə kimi dəyişikliklər oldu?

- Bu serialdan sonra tamaşaçıların fikri mənə qarşı tamamilə dəyişdi. Daha çox kişilər məni sevməyə başladılar. Bundan əvvəl çəkildiyim serialda kişilər məni bir o qədər də sevmirdilər. Çünki öz sözünü deyən bir xanımı oynayırdım. Amma hal-hazırda hər bir insanı bağışlayacaq qadın rolunu oynayıram.

- Bəs sizə hansı daha yaxındır?

- Təbii ki, hər biri. Aktrisanın içində minlərlə məni olmalıdır. Çox vaxt deyirik ki, filan aktrisa oynaya bilmədİ. Deməli, onun içində bu yoxdur.

- Səhnədə xoşbəxtsiniz?

- Əlbəttə ki, xoşbəxtəm. Xoşbəxt deyiləm deməyə haqqım yoxdur. Bu qədər tamaşaçı məni sevir.

- Sənətlə bağlı peşmanlıqlarınız varmı?

- Əksinə! Mən heç aktrisa olmağı düşünmürdüm. Elə belə fikirləşdim ki, universiteti bitirərəm, hardasa işləyərəm. Mən səhnədə öz hisslərimi, dünyamı ortaya qoya bilirəm. Heç kimin yanında ağlaya bilmirəm, amma səhnədə ağlayıram. Heç kimə deyə bilməyəcəyim sözləri səhnədə deyirəm.

- Nə vaxtsa bu qədər seviləcəyinizi düşündürdünüz?

- Heç vaxt fikirləşmirdim ki, bu qədər seriallara çəkiləcəyəm və tamaşaçılar məni bu dərəcədə sevəcək. Titrlara baxanda ilk mənim adım yazılır. Siz bir bilsəniz, bu, məni nə qədər xoşbəxt edir.

- Hansı rolun arzusu ilə yaşayırsınız?

- Çox ədalətli bir qadın rolu oynamaq istəyirəm. Hər kəsə sözünü deyə biləcək, hər bir kəsin arxasında dayanacaq bir qadın rolu. İstərdim ki, o rola baxıb tamaşaçılar da nümunə götürsünlər. Ən yaxşısı hamını sevmək, hamını bağışlamaqdır. Gəlin qiyamətə gözəl mesajlar verək. "Ögey ana" serialında çox gözəl mesajlar var. Adətən ögey analar qəddar olur, amma mən elə bir ögey anaya çevrildim ki, hər kəs ona oxşasın.

- Niyə teleaparıcı kimi fəaliyyət göstərmirsiz?

- Mən çəkilməyə başlayanda aparıcılığa fasilə verirəm. Çünki ikisi bir arada olmur. Bəlkə də bu, mənə görə belədir. Başqa insanın taleyini oynamaq mənə daha böyük zövq verir. İndiyə kimi oynadığım rolların hərəsindən bir dərs almışam. Bəzən çalışıram ki, rollarımı elə oynayım ki, tamaşaçı məni qınamasın. Bəzi hallarda isə rollarım məni tərbiyələndirir.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Nara · 12 Fevral 21:1451

    Cox emosional danisir.sevinci lie kederi bilinmir ses tonunda.adi verilus aparanda da.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Fevral 21:2475

    Hedsiz ozunden razi xanimdi hedsiz.

    Cavab yaz
  • Anonim
    Ellada Elizade · 12 Fevral 21:3620

    Bawliqi ele qoymusuzki adam oxumadan eseblewir

    Cavab yaz
  • Anonim
    zyuma · 12 Fevral 22:0052

    Sizin haqqinizda söz dememek...fikir soylememek gunah olardi menim ucunKemale xanim...Size bir qadin kimi...bir aktirisa kimi o qeder hesed apariram ki...Cox boyuk hormetim..isteyim var size gozel xanim...Bir baci kimi...cox istedadli aktirisa kimi sevirem sizi...Butun rollarinizi sevirem ve heyranliqla baxiram...Men size heyat sevincleri..senet ugurlari arzulayiram...Inaniram ki siz istediyiniz o obrazi yaradacaqsiz.vehemiwekinden de cox sevileceksiz...

    Cavab yaz
  • Anonim
    Narcis · 12 Fevral 22:3932

    Cox gozel ve istedadli aktrisadir.rolunu yawayir sanki.Size heyatinizda ve senetinizde ugurlar arzulayiram.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 12 Fevral 22:4631

    Kəmalə xanım Sizin vurqununuzam. Sevirəm Sizi. cox gözəlsiniz. əzəmətiniz vuqarınız məni ovsunlayıb. kim nə deyir desin SUPERSİNİZ!!!

    Cavab yaz
  • Anonim
    T · 12 Fevral 22:4632

    Evvelki uzu yaxsi idi tebii idi...indi o qeder botoks eliyib ne gune qalib...vallahi billahi yarasmir botoks sifete..elemiyin ay millet ...ele bil uz gozu şişib

    Cavab yaz
    • Anonim
      L-deniz · 13 Fevral 16:5700

      Botoks etdirmeyib, uzunde xerceng sisine gore emeliyyat aparilib

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.