Mədəniyyət

Xalq artisti: "Təhminəni oynasam, gərək Zaur axtarışına çıxım" - FOTO

22 Yanvar 2018 21:03
16 Şərh     Baxış: 5 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Amaliya Pənahova illər öncə teatrda oynadığı "Təhminə və Zaur" tamaşasından danışıb. Milli.Az-a açıqlama verən məşhur aktrisa yaşı ilə bağlı zarafatyana etiraf da edib.

"İllər öncə teatrda Təhminəni oynadım. O gün teatrda böyük anşlaq və rezonans olmuşdu. Çox heyf ki, o vaxtı bu tamaşanı lentə aldırmadım. Mənə sosial şəbəkələrdə də yazırlar, xahiş edirlər ki, Təhminəni yenidən oynayım. Təhminəni oynasam, gərək Zaur axtarışına çıxım (gülür). Vaxtilə Fuad Poladov, Fizuli Hüseynov mənimlə bu tamaşada tərəf müqabili idilər. Amma mənim də, onların da bu rolu oynamaq üçün artıq yaşımız keçib. Amma bilmək olmaz, bəlkə də oynayaram", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.