Mədəniyyət

Xalq artisti vəfat etdi

20 Yanvar 2018 18:57
5 Şərh     Baxış: 11 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün xalq artisti Gülcahan Güləhmədova-Martınova dünyasını dəyişib.

Milli.Az bildirir ki, yaxınlarının ölkə.az-a verdiyi məlumata görə xalq artisti xəstəlik nəticəsində, 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gülcahan Güləhmədova-Martınova 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatıdır.

Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulub. Onlar Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov və digər məşhurların əsərləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.